Bəxtiyar Hacıyev COP 29 Prezidentinə məktub yazıb

  • By admin
  • 17 İyun 2024 12:01

Həbsdə olan hüquq müdafiəçisi Bəxiyar Hacıyev COP 29-un Prezidenti Muxtar Babayevə müraciət edib.

 

Gununsesi.info xəbər verir ki, Hacıyev COP 29 konfransı qabağı siyasi motivlərlə və dini inanclarına görə həbsdə olan insanların azad edilməsi üçün ölkə rəhbərliyi qarşısında məsələ qaldırılmasını xahiş edir.

 

Müraciətdə deyilir ki, COP 29 kimi mötəbər tədbirin qəlbində, mərkəzində vətəndaş cəmiyyətinin iştirakçılığı durur.

 

“Dünyanın diqqətinin hər gün daha çox ölkəmizə yönəldiyi bu aylarda biz, siyasi məhbuslar, vətəndaş cəmiyyətinin tanınmış simaları COP 29-un girovuna çevrilməməliyik. COP 29 sadəcə ekoloji konfrans yox, həm də iqtisadi və siyasi tədbirdir. Qlobal iqlim dəyişikliyinin müzakirə ediləcəyi tədbir ölkəmizin daxilindəki siyasi iqlimin pisləşməsinə yox, yaxşılaşmasına xidmət etməlidir. Bütün bunları nəzərə almağınızı, ölkə rəhbərliyi və COP 29-un təşkilat komitəsi ilə siyasi motivli həbsdə olanların azad edilməsi məsələsini müzakirə etməyinizi, ölkədə siyasi temperaturu aşağı salmaq üçün addımlar atmağınızı xahiş edirəm”.

 

Günay

Gununsesi.info