“Artıq 11-ci gündür ki, həbsinə etiraz olaraq aclıq aksiyası keçirən Bəxtiyar Hacıyevin vəziyyəti olduğca ağırdır. Onun hər an komaya düşmək ehtimalı var”.
Bunu Gununsesi.info-ya açıqlamasında həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc bildirib.
Aqil Layıcın sözlərinə görə, onunla görüşdə vəziyyətinin ürəkaçan olmadığının şahidi olub: “Qanda şəkəri kəskin şəkildə aşağı düşüb, çox halsızdır, çətinliklə yeriyir. Mən ona aclığı dayandırması üçün nə qədər israr etsəm də, o fikrindən daşınmadı. Bəxtiyar Hacıyevlə bağlı təcili addımlar atılmalıdır. Biz onun Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalına köçürülməsini tələb edirik”.
Gununsesi.info