
Həbsdə olan siyası fəal Bəxtiyar Hacıyevin keçirdiyi aclıq aksiyası artıq onun səhhətində ciddi problemlər yaradıb.
Gununsesi.info-ya açıqlamasında Hacıyevin vəkili Zibeydə Sadıqova bildirib ki, müvəkkilinin durumu hər gün daha da pisləşməkdədir:
“Vəkillərinin, dostlarının çağırışlarına baxmayaraq, aclığı dayandırmır.
Mən vəkili kimi onun vəziyyətinin pisləşdiyini nəzərə alaraq Penitensiar Xidmət və Tibb Baş İdarəsinə müraciət etdim ki, Bəxtiyar Hacıyev Müalicə Müəssisəsinə köçürülsün və təcili KT və digər müayinələrdən keçirilsin”.
Mais
Gununsesi.info