Bəxtiyar Hacıyev Novella Cəfəroğluna həbsdən mesaj göndərdi

Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə imtina qərarından verilən şikayətə baxıb.

Siyasi fəalın vəkili Aqil Layic Gununsesi.info-ya bildirib ki, apellyasiya şikayəti rədd edilib.

“Bəxtiyar Hacıyevin ev dustaqlığına dair vəsatəti bu gün Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmədi”.

Vəkil, həmçinin Bəxtiyar Hacıyevin hüquq müdafiəçisi Novella Cəfəroğluya mesajı olduğunu da deyib.

Bəxtiyar Hacıyev bu mesajı çatdırmağımı xahiş etdi:

“İnsan haqlarını müdafiə eləyə bilmirsən, heç olmasa şaiə yayma. Orduya yardım kampaniyası insanlarımızın ciblərindən kəsərək verdiyi yardım hesabına maliyyələşib, Soros Fondu tərəfindən deyil. Ən həssas dönəmdə insanlarımızın həmrəylik nəticəsində ordunun yanında olmalarına kölgə salmaq sadəcə sifarişli hərəkətdir”.

 

Elmar

Gununsesi.info