
İctimai fəal Bəxtiyar Hacıyev İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə B.Hacıyev özü məlumat yayıb. Bildirib ki, görüş bu gün baş tutub: “Məni qəbul etdi, dinlədi, qeydlər apardı və şikayətimi qəbul edərək, ən qısa zamanda səlahiyyətləri çərçivəsində məsələni nəzarətdə saxlayacağını, hüquq-mühafizə orqanlarına müvafiq müraciətlər edəcəyini bildirdi”.
Qeyd edək ki, martın 8-də qadın fəalların keçirdiyi aksiyadan 1 gün sonra yürüş iştirakçılarından biri, Nərmin Şahmarzadənin feysbuk hesabı ələ keçirilib. Onun yaxın çevrəsinə daxil olan bir neçə şəxslə şəxsi mesajlaşmaları paylaşılıb. Həmin şəxslər arasında Bəxtiyar Hacıyev də var, o, paylaşımlardan DİN-ə şikayətçi olaraq onların saxta olduğunu bildirib.
Gununsesi.info