
Polis tanınmış ictimai fəal Bəxtiyar Hacıyevi saxlayıb.
Gununsesi.info xəbər verir ki, o, bu barədə özünün Facebook səhifəsində yazıb:
“Dünən mübahisə edib, söyüş söyən yol polisi ilə münaqişə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci Polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır”.
B.Hacıyev hazırda 27-ci Polis bölməsindədir. O, Facebook vasitəsilə tanıdığı vəkillərdən birini müqavilə bağlamaq üçün polis bölməsinə çağırıb.
Gununsesi.info