18 noyabr 2025 ci il tarixində Ali Məhkəmədə siyasi fəal Bəxtiyar Hacıyevin kasasiya şikayətinə baxılacaq.
Bu barədə Gununsesi.info-ya onun qardaşı Vüqar Hacıyev deyib.
Vüqar Hacıyevin sözlərinə görə, uzun müddətdir ki, həbsdə olan Bəxtiyarın sağlamlıq durumu da pisləşib.
“Heç olmasa, ədaləti Ali Məhkəmədə təmin etsinlər. Bəxtiyar özü də azad olunması üçün prezidentə də müraciət edib”.
Günay Mahirqızı













