Bəxtiyar Hacıyev yenə həbsdə qaldı

Bu gün Xətai Rayon Məhkəməsində həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsadətə baxılıb.

Gununsesi.info-nun xəbərinə görə, vəsadət təmin edilməyib.

HTML tutorial

Qeyd edək ki, vəkillər Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasını istəyirdi. Buna səbəb isə onun aclıq aksiyası keçirməsi səbəbi ilə səhhətinin olduqca ağır olması göstərilirdi.

Xatırladaq ki, Baxtiyar Hacıyev 35 günə yaxındır ki aclıq edir.

Gununsesi.info