Bəxtiyar Hacıyevin həbsxanada problemləri yaranıb

  • By admin
  • 23 İyun 2023 10:13

Dünən  Xətai rayon Məhkəməsi tərəfindən barəsindəki  həbs qətimkan tədbiri daha bir ay artırılan ictimai fəal Bəxtiyar Hacıyevin həbsxanada problemləri yaranıb.

Bu barədə Gununsesi.info-ya danışan Hacıyevin vəkili Rövşanə Rəhimli deyib ki, onun saxlanma şəraiti ilə bağlı şikayəti olmasa da müyyən problemlər yaradılıb:

“Təcridxanadan yazılarını, şikayətlərini göndərə bilmir. Bəxtiyar bununla bağlı məhkəmədə çıxşında da deyib”.

Gununsesi.info-nun əməkdaşı məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənməyə çalışsa da buna nail ola bilməyib.

Qeyd edək ki, ötən il dekabrın 9-da həbs edilən Hacıyev əvvəlcə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunub.

Həbsinə etiraz olaraq onun iki dəfə (ikincidə təqribən 50 gün) aclıq aksiyası da keçirdiyi bildirilmişdi.

Ona ittihama səbəb olan insident ictimai fəalla bağlı daha öncə ayrı bir məhkəmə işində baş vermişdi.

Onunla Ülviyyə Alovlu adlı bir qadın arasında qarşılıqlı iddialarla bağlı uzun müddətli məhkəmə çəkişmələri olmuşdu.

Daha sonra bu il iyunun 16-da ona əlavə ittihamlar verilib. İctimai fəala Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320 (saxta sənədlərdən istifadə) və başqa maddələri ilə yeni ittihamlar elan olunub.

 

Mais

Gununsesi.info