Bəxtiyar Hacıyevin istintaq müddətinin uzadılması qanunsuzdur -ELÇİN SADIQOV

  • By admin
  • 03 Oktyabr 2023 07:57

Xəbər verdiyimiz kimi həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin barəsindəki həbs-qətimkan tədbiri yenidən uzadılıb.

Gununsesi.info bildirir ki, tanınmış vəkil Elçin Sadıqov məhkəmənin bu qərarını qanunsuz adlandırıb.

Vəkilin sözlərinə görə, Cinayət Prosessual Məcəlləsinin 218.10.4. Maddəsinə əsasən ağır cinayətlərin istintaq müddəti maksimum 13 aydır:

“Bu müddət də 28 oktyabr 2023-cü ildə bitir. Bəxtiyar Hacıyevin işi üzrə baş prokuror istintaq müddətini 16 ayadək, yəni 28 yanvar 2024-cü ilədək artırılması barədə qərarı təqdim etdilər. Biz bunun qanunsuz olduğunu bildirəndə hakim bildirdi ki, onun halı pisləşib. İki saatlıq fasilədən sonra hakim həbsin uzadılması barədə qərar qəbul etdi.  Həmişə hüququn tərəfində olmuşam və bu gün hüququn öldüyünün şahidi oldum. Bəxtiyar Hacıyev hal-hazırda heç bir hüquqi əsas olmadan həbsdə saxlanılır”.

 

Afət 

Gununsesi.info