
Hazırda həbsdə olan tanınmış siyasi fəal Bəxtiyar Hacıyevin işi üzrə ibtidai istintaq başa çatıb.
Bu barədə Gununsesi.info-ya Bəxtiyar Hacıyevin vəkilləri Elçin Sadıqov və Cavad Cavadov bildirib.
Onların sözlərinə görə, artıq sənədlərlə tanış olma mərhələsi başlayıb.
“Sənədlərlə tanış olduqdan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək” deyə vəkil Elçin Sadıqov əlavə edib.
Qeyd edək ki, ABŞ hökuməti başda olmaqla, Avropa İttifaqı və dünyanın nüfuzlu beynəlxalq insan haqları təşkilatları Bəxtiyar Hacıyevi azad etmək üçün hökumətə çoxsaylı çağırışlar edib.
Afət Abbasova
Gununsesi.info