Bəxtiyar Hacıyevin məğlub olduğu deyilən dairə ilə bağlı qərar verildi

  • By admin
  • 15 Fevral 2020 16:00

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 29 sayli Səbail seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin müraciətinə baxılıb.

Gununsesi.org xəbər verir ki, MSK Bəxtiyar Hacıyevin müraciətinə baxılması üçün DSK-ya göndərilməsinə qərar verib.

Qeyd edək ki, 29 sayli Səbail seçki dairəsindən qalib namizəd 42.3 faiz səs çoxluğu ilə Nigar Arpadaridir.

Gununsesi.org