Bəxtiyar Hacıyevin məhkəməsi qalmaqalla başladı - HAKİM SİYASİ FƏALA İKİ DƏFƏ XƏBƏRDARLIQ ETDİ

  • By admin
  • 07 Yanvar 2024 16:29

Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Gununsesi.info-nun məhkəməni izləyən əməkdaşının xəbərinə görə, hakim Əli Məmmədovun rəhbrəlik etdiyi prosesdə Hacıyevin hüquqlarını ölkənin tanınmış vəkilləri Elçin Sadıqov, Cavad Cavadov və Zibeydə Sadıqova müdafiə edib.

Onu da qeyd edək ki, iş üzrə zərərçəkən kimi tanınan Ülviyə Muradova (Alovlu) məhkəməyə gəlməkdən yayınıb.

Prosesdə məlum olub ki, onu vəkili təmsil edir.

Prosesdə vəsatətlərlə çıxış edən vəkillər Hacıyev barəsində irəli sürülən əksər ittihamlarda göstərilən sübutların saxta olduğunu əsas gətirərək, işin həmin hissəsinə xitam verilməsini təklif edib.

Qeyd edək ki,  Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Vəkil Elçin Sadıqov çıxşışında bildirib ki, cinayət qanunvericiliyinin tələbləri bu işdə pozulub. Onun sözlərinə görə, qanunvericilik anononim şəxslər tərəfindən təqdim olunan sübutları tanımır: “İstintaq dövründə araşdırlmayıb ki, bu sübutlar hardan əldə olunub? Onların dəqiqliyi də tədqiq olunmayıb. Ona görə də təklif edirəm ki, cinayət işinin bu hissəsinə xitam verilsin”.

Vəkilinin vəsatətini müdafiə edən Bəxtiyar Hacıyev özünü girov kimi təqdim edib.

Çıxışını siyasi notlar üzərində quran Hacıyevin sözünü hakim dəfələrlə kəsib.

Bəxtiyar Hacıyev, həmçinin məhkəməni müstəqil olmağa çağırsa da, vəsatətlərinin rədd olunacağını deyib.

Bundan sonra sədrlə onun arasında diaqloq yaranıb.

Əli Məmmədov: Məhkəmə müstəqildir, nə bilirsiniz, necə olacaq?

Bəxtiyar Hacıyev: Mən oxuduğum kitablarda, ən sevdiyim filmlərdə məhkəmə qarşısında dayanmağı sevmişəm. Amma bu məhkəməni tanımıram. Buradakı hakimlər məhkəmə ola bilməyib.

Əli Məmmədov: Bura nədir bəs? 

Bəxtiyar Hacıyev: Siz məhkəmə deyilsiniz. Nə sifariş olsa, onu edirsiniz…

Əli Məmmədov: Siz qanuni finksiyasını yerinə yetirən məhkəməni  tanımadığınız üçün sizə xəbərdarlıq olunur. 

Hacıyevlə bağlı növbəti vəsatət isə onun ev dustaqlığına buraxılması barədə olub.

Onun hər iki vəkili Hacıyevin ev dustaqlığına buraxılmamasını qanunvericiliklə əsaslandırsalar da, dövlət ittihamçısı və məhkəmə buna qarşı çıxıb.

Hacıyevin növbəti çıxışından sonra hakim yenidən ona xəbərdarlıq elan edib.

 

Elmar Elnuroğlu

Gununsesi.info