Bəxtiyar Hacıyevin oğurlanması və döyülməsi işi üzrə cinayət işi başlandı

  • By admin
  • 25 Aprel 2022 18:11

Azərbaycanın tanınmış siyasi fəalı Bəxtiyar Hacıyevin oğurlanaraq zorakılığa məruz qalması faktı üzrə cinayət işi başlanıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə siyasi fəalın özü bildirib:

Mənə qarşı törədilmiş cinayətdən 4 gün keçib, məsələ nazirin nəzarətindədir.
Bu  gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi qəbul edib, CM-nin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açılıb”.
Hacıyev onu da əlavə edib ki, olaydan  5 gün keçəcək, amma hələ istintaqda kamera görüntüləri yoxdur: “DİN daxilində bir qurum digərinə sorğu göndərib, cavab gözləyəcək. 5 saat istintaqa kömək üçün vaxt sərf etmişəm, hələ ki, əldə bu gün çəkilən 5-6 fotodur. Əsas odur ki, “ərizə-izahat” sənədləşməsi yerində olsun”.
Gülnar
Gununsesi.info