
Azərbaycanda iki rayon prokurorunun səlahiyyət müddəti başa çatıb.
Gununsesi.info-ya Baş Prokrurluqdan verilən məlumata görə, Qobustan rayonun prokuroru Azər Vahabzadə və Xızı rayonun prokuroru İlham Məmmədovun səlahiyyət müddətləri sona yetib.
Bu günlərdə hər iki sabiq prokurorun yeni təyinatı ilə bağlı baş prokuror Zakir Qaralov tərəfindən əmr imzalayacağı gözlənilir.
Qeyd edək ki, Azər Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur. O, 2011-ci ildə Qobustan rayon prokuroru təyin olunsa da, uzun müddət işə çıxmayıb. Mətbuatda A. Vahabzadənin həmin təyinata etiraz olaraq işə çıxmadığı qeyd olunsa da, Baş Prokurorluğun yaydığı məlumatda onun səhhəti ilə əlaqədar bir müddət vəzifəsini icra etmədiyi bildirilib.
Gülnaz Qənbərli
Gununsesi.info