Bəylər Eyyubov “Heydər Əliyev” ordenini ən çox haqq edən insanlardan biridir - DEPUTAT

Uzun illər Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi işləmiş və hazırda Prezident Katibliyinin rəisi olan general-polkovnik Bəylər Eyyubovun 75 yaşı tamam olur. 

Gununsesi.info -nun xəbərinə görə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də general-polkovnik haqqında qeyd paylaşıb.
Həmin qeydi təqdim edirik:

Uzun illər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi işləmiş və hazırda da Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi kimi şərəfli vəzifə daşıyan general-polkovnik Bəylər Həsən oğlu Eyyubov bu gün bütün Azərbaycanda dövlətinə və dövlət başçısına sədaqətin simvoluna çevrilib. “Heydər Əliyev” ordenini ən çox haqq edən insanlardan biridir. 10 mart doğum günüdür, Bəylər müəllimi yubileyi münasibətilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayıram.

Gununsesi.info