Bu gün paytaxtın bir sıra rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Gununses.info -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, “Şıxov QPS qolu” yüksək təzyiqli qaz kəmərinin yeraltı hissəsində, Nizami rayonu, Şərifli 2425-ci məhəllə ünvanında və Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmalarının ləğv edilməsi, Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində COP-29 tədbiri ilə əlaqədar qaz xətlərinin təmiri, Sabunçu və Binə qəsəbələrində siyirtmələrin quraşdırılması, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində və Hövsan Südçülük Sovxozunda qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə aprelin 3-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Qaradağ (Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi), Nizami (İ.Məmmədov, Q.Qarayev, E.Süleymanov, R.Rüstəmov, C.Naxçıvanski küçələri), Sabunçu (Pirşağı qəsəbəsinin və Sabunçu qəsəbəsinin Akkord MTK yaşayış kompleksi, Aydınbəyov, Y.Əliyev küçələri), Suraxanı (Hövsan qəsəbəsinin Bağça, Məktəbli, Zeytun sovxozu ərazisi və İ.Məmməmdov, M.Ş.Vazeh və A.Qılmanov küçələri) və Xəzər (Hövsan Südçülük Sovxozu, Mərdəkan qəsəbəsi, Binə qəsəbəsinin Binə Sovxoz ərazisi) rayonlarının kiçik hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Gununsesi.info