Bəzi coğrafi adlar rəsmi sənədlərdə fərqli qaydada verildi - SİYAHI

  • By admin
  • 08 Yanvar 2018 11:24
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ndə bir sıra coğrafi adlar yeni, bəzi hallarda isə köhnə (hazırda istifadə edilməyən) variantda təqdim olunub.
Gununsesi.info “report”-a istinadən xəbər verir ki, sözlükdə yer alan şəhər adları sırasında Moldovanın paytaxtının adı Kişineu deyil, Kişinyov kimi göstərilib.
Bundan başqa, adlarını dəyişdirmiş dövlətlərdən Qırğız Respublikası – Qırğızıstan (Azərbaycanın rəsmi sənədlərində Qırğız Respublikası kimi təqdim olunur), Monqol Eli – Monqolustan kimi təqdim olunub.
Bəzi hallarda Həbəşistan kimi təqdim olunan ölkə – Efiopiya, Monteneqro – Çernoqoriya kimi göstərilib.
Bundan başqa, sözlükdə Qüds şəhərinin adı yer almayıb, həmin şəhər Yerusəlim kimi göstərilib.
Siyahıda Koreyanın adı yer alsa da, Koreya Xalq Demokratik Respublikasının (qeyri-rəsmi şəkildə Şimali Koreya adlandırılan KXDR) adı yoxdur.
Gununsesi.info