Bəzi insanlar bizə niyə cazibədar görünür? - ARAŞDIRMA

  • By admin
  • 01 İyul 2017 15:58

7

Bəzi insanlar daxili gözəlliyə, mənəviyyata önəm verdiyi halda, bəziləri xarici görünüşə daha çox diqqət yetirir. Bir insanın digərinə hansı səbəbdən cazibədar görünməsi illərdir ki, mübahisə mövzusuna çevrilib.

Hətta bu mövzuda müxtəlif araşdırmalar da aparılıb. Gununsesi.info alimlərin gəldiyi qənaətə əsasən, bir insanın digərinə çəkici görünməsinin səbəblərini təqdim edir.

 

Saqqal

1

Qadınların əksəriyyəti saqqalı kişiləri daha yüksək qiymətləndirirlər. Əks cinsə görə, saqqalı olan kişinin sosial, fiziki və cinsi aktivliyi digərlərinə nisbətən daha yüksəkdir.

 

Bədən quruluşu və üz cizgiləri

22

Araşdırmalara görə, kişilər bədən quruluşu və üz cizgiləri baxımından analara bənzəyən qadınları daha çox bəyənirlər. Ümumiyyətlə, alimlər təsdiq edir ki, yetkinlik yaşlarımızda bəyəndiyimiz insanlar uşaqlıq illərimizdə ən çox gördüyümüz və hafizəmizə həkk olunan simalara bənzəyir.

 

“İçən adamın gözünə hər kəs gözəl görünür”

drunk young stylish man with white shirt

Bu sözdə həqiqət var imiş. Araşdırmalara görə, alkoqollu içki qəbul etdikdən sonra dünya gözümüzdə gözəlləşməyə başlayır. Hətta içkili insan qarşısındakının xarici görünüşündəki qüsurları da görmür.

 

İrq, etnik mənsubiyyət, mədəniyyət…

4

Alimlər bildirir ki, bir insan digərinin cazibədar olub-olmadığını dəyərləndirərkən onun dinini, irqini, milliyyətini və mədəni dəyərlərini nəzərə almır.

 

Bəzən “musqullu”, bəzən anlayışlı

5

Araşdırmalara əsasən, qadınlar ovulyasiya dövründə fiziki cəhətdən çox güclü görünən kişiləri bəyəndiyi halda, digər vaxtlarda anlayışlı kişilərə üstünlük verir.

 

Yetkinlik

6

Qadınlar gənc oğlanlarla müqayisədə yetkin kişiləri daha çox bəyənir. Alimlər bunun səbəbini yetkin kişilərin daha yaxşı ailə başçısı və daha qayğıkeş ata olması ilə əlaqələndirir.

 

Xarici görünüş

7

37 ölkədə 10 mindən artıq kişi arasında aparılan araşdırmaya əsasən məlum olub ki, qadının xarici gözəlliyi kişilər üçün birinci yerdə dayanır.

Gununsesi.info