“Bəzi insanların əfv sərəncamı ilə bağlı mövqeyi qərəzlidir, onlar düzələsi deyil…” - ƏFV KOMİSSİYASININ ÜZVÜ

  • By admin
  • 18 Mart 2017 11:38
melahet3
Azərbaycan Prezidenti İlham Əliyevin  martın 16-da imzaladığı növbəti əfv sərəncamı ilə  400-dən artıq insan azadlığa çıxıb.
Sonuncu əfv sərəncamında adları beynəlxalq təşkilatların siyahısında “siyasi və vicdan məhbusu” kimi gedən  7 nəfər də əfv olunaraq azadlığa çıxdı. Bundan əlavə, sonuncu əfv sərəncamı bundan əvvəlki sərəncamlardan  kütləviliyi, qadınların sayının çoxluğu, ömürlük həbs cəzası çəkənlərin uzunmüddətli azadlıqdan məhrum edilməsi ilə əvəzlənməsiylə də fərqləndi.
Baxmayaraq ki, bir çoxları   beynəlxalq təşkilatların, eyni zamanda, Azətbaycanda  fəaliyyət göstərən bəzi  hüquq müdafiəçilərinin siyahısında, cəmiyyətdə tanınan şəxslərdən olan siyasi məhbuslar  İlqar Məmmədov və  digərlərinin azad olunmasını gösləsələr də, bu, olmadı. Və bu da müəyyən narazılıqlara və fikir ayrılığına yol açdı.  Ölkə başçısının əfv sərəncamı və bu ətrafda yaranmış müzakirələrlə bağlı Əfv Komissiyasının üzvü, YAP-çı millət vəkili Məlahət İbrahimqızına müraciət edik.
M.İbrahimqızının  Gununsesi.info-ya verdiyi müsahibəni təqdim edirik:
efv
“Bu sərəncam  təkcə azadlğa çıxan məhkum və onların ailələrinin deyil, ümumlikdə cəmiyyətin  sevincinə səbəb oldu” 
 
 
-Məlahət xanım, Azərbaycan Prezidentinin növbəti əfv sərəncamını necə dəyərləndirirsiniz?
– Prezident tərəfindən imzalanan əfv sərəncamını tarixi bir sərəncam adlandırmaq olar. Çünki bu sərəncam ölkəmizdə  Əfv Komissiyasının 20 ildən artıq fəaliyyət göstərdiyi  müddətdə hazırladığı ən geniştərkibli və mükəmməl sərəncam idi. Ölkə başçısının sərəncamı ilə 400-dən artıq məhkum  bayram ərəfəsində azadlığa qovuşdu. Və onların ailələrin sevinc duyğularını da söz ilə ifadə etmək çətindir. Bu sərəncam  təkcə azadlğa çıxan məhkum və onların ailələrinin deyil, ümumlikdə cəmiyyətin  sevincinə səbəb oldu. Bu duyğunun isə qiyməti yoxdur. O baxımdan da, ölkə başçısının bu  humanist addımının dəyərini vermək çətindir…
“İmzalanmış əfv sərəncamı ilə  məhkumlar  arasında ayrı-seçkilik salamaq istəyənlər var”
-Bu sərəncam digərlərindən kütləviliyi ilə  fərqlənsə də,  yenə də birmənalı qarşılanmadı…
– Təəssüf edirəm ki, bəzi insanlar, bəzi media qurumları  bu sərəncamı birmənalı qarşılamayıb. Müxtəlif fikirlər səslənir. İmzalanmış əfv sərəncamı ilə  məhkumlar  arasında ayrı-seçkilik salamaq istəyənlər var.  Komissiya üzvü  kimi deyə bilirəm ki, daxil olan 900-dən artıq müraciətin arasından obyektiv və Komissiyanın əsasnaməsinə uyğun şəkildə araşdırlaraq seçilib və nəticədə 400-dən artıq məhkum azadlığa çıxıb.  500-ə yaxın  məhkumun azadlığa çıxması elə bir yaşayış mənətəqsinin əhalisi deməkdir. Çünki  bu insanlara bir nəfər kimi baxmaq düz deyil. Bunların ailələri, yaxınları var. Görün, nəticədə nə qədər insan edir. Bundan əlavə, bu sərəncam əvvəklilərdən tərkibinə görə də fərqlidir, burada müxtəlif  kateqoriyalar əhatə olunub…
“Əfv Komissiyasında  məhkumun məsələsinə siyasi mənsubiyyətinə görə baxılmır…”
– Bu insanlar ona görə fərqli mövqe sərgiləyirlər ki,  ən azından adları beynəlxalq təşkilatların siyahısında olan  məhbusların azadlığa çıxacağı gözlənilirdi, ancaq bu, olmadı. Məsələn, İlqar Məmmədov və digərləri…
-Çox  təəssüf ki, Azərbaycandan kənarda- xarici ölkələrdə, xüsusən, Avropada  fəaliyyət göstərən bəzi  beynəlxalq QHT-lər  ölkəmizdə  olan bir qrup insanın vasitəsi ilə hələ də  Azərbaycan üzərində eksperimentlərini davam etdirmək istəyirlər. Bu günə kimi “siyasi məhbus” adının konkret olaraq kimlərə şamil edilməsi  bəlli olmadığı halda, bu  təcrübəni Azərbaycan üzərində tətbiq etməyə çalışanlar var.  Sizə onu deyim ki, Əfv Komissiyasında  məhkumun məsələsinə siyasi mənsubiyyətinə görə baxılmır. Onun törətdiyi cinayətin  təhlükəliliyinin səviyyəsinə görə baxılır. Məhkum ola bilsin bitərəf də ola bilər, hər hansı siyasi qüvvənin, hətta, iqtidar partiyası olan YAP-ın da…
Hər kəs sonda vətəndaşdır və hər kəs də törətdiyi əmələ görə cəzasını çəkməlidir və çəkir də. Əfv Komissiyası da  qanunlar və əsasnaməsi çərçivəsində fəaliyyət göstərir. Ora daxil olan müraciətləri  komissiyanın  fəaliyyət prinsipinə uyğun şəkildə araşdırır və ölkə başçısıan təqdim edir. Çünki əfv sərəncamını ölkə başçısı öz konstitutsion hüquqlarına  uyğun şəkildə  imzalayır. Yəni, məhkumun əfv olunması və azadlığa çıxmasının müəyyən şərtləri var və buna əməl olunur. Məhkum ən azından cəzasının müəyyən hissəsini çəkməli və bundan əlavə olaraq,  qarşı tərəf də buna razı olmalıdır. Elə olur ki, məhkum cəzasının mütləq əksəriyyətini çəkir, hətta, cəzanın  95 faiz hissəsindəm çoxunu çəkəni də  var, ancaq qarşı tərəf buna razı olmur. Belə olan halda, Əfv Komissiyası onun məsələsinə baxa bilmir və məhkuma  müsbət rəy verməkdə çətinlik çəkir.
“…Bu insanların ağzı yaxşılığa doğru açılmayacaq”
Komissiyanın prinsipi o deyil ki, bir tərəfə humanizm  tətbiq etsin, zərəçəkən tərəfin isə  hüququnu tapdalasın. Bu, belə olmur. Belə olanda qarşı tərəfin də razılığı olmalıdır. Ona görə də hesab edirəm ki, bu insanların  əfv sərəncamı ilə bağlı mövqeyi tam qərəzlidir. Onlar düzələsi deyil…  Və onlardan bundan sonra da nəsə gözləməyə dəyməz… Bu insanlar  Azərbaycan iqtidarı, şəxsən  Prezident İlham Əliyevin  həyata keçirdiyi humanist siyasətə  qarşı qərəzli mövqe tuturlar. Bu insanların ağzı yaxşılığa doğru açılmayacaq. O baxımdan da,  onların nə dediklərinə əhəmiyyət vermədən Əfv Komissiyası  fəaiyyətini davam etdirir. Ölkə başçısı da humanist siyasətini davam etdirərək, mütəmadi olaraq əfv sərəncamlarını verir və biz bundan sonra da çoxsaylı belə əfv sərəncamlarının şahidi olcağıq. Son olaraq fürsətdən istifadə edib azadlığa çıxan məhkumları və onalrın ailələrini təbrik edirərm.
melahet2
Mürtəza
Gununsesi.info