
Bakının bəzi küçə və prospektlərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 4-də gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə – İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Gununsesi.info