
Fransa Prezidenti Emmanuel Makron iddia edir ki, amerikalı həmkarı Donald Trampa necə yanaşmaq lazım olduğunu bilir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Blumberq”də dərc olunan məqalədə bildirilib.
“Fransa prezidenti köməkçilərinə deyib ki, Tramp yaxşı dinləyici olmasa da, düzgün arqument tapsanız, onun diqqətini cəlb edə bilərsiniz”, – məqalədə qeyd olunub.
Vurğulanıb ki, bəzi ölkə liderləri ABŞ prezidenti ilə ən yaxşı şəkildə necə əlaqə quracağına dair məsləhət almaq üçün Makrona müraciət edirlər.