Bəzi məcburi köçkünlər aylıq müavinətdən imtina edirlər - MƏBLƏĞİN ARTIRILMASINI TƏKLİF EDİRLƏR

  • By admin
  • 02 Fevral 2017 11:00

muavinet

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər.

Bu barədə Gununsesi.info-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanı məcburi köçkünlər tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti uğurlu addım kimi yüksək qiymətləndirilir.

Bununla bağlı kütləvi informasiya vasitələrində gedən müzakirələr, səslənən fikirlər, edilən çoxsaylı yazılı və şifahi müraciətlər də bunu bir daha təsdiqləyir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə əraziləri işğal olunmuş 10 rayondan bu günədək 300-dən çox belə müraciət daxil olub.

Hər rayondan bir müraciəti nümunə olaraq təqdim edirik:

erize_020217_01 erize_020217_02 erize_020217_03 erize_020217_04 erize_020217_05 erize_020217_06 erize_020217_07 erize_020217_08 erize_020217_09 erize_020217_10

Gununsesi.info