“Bəzi özünə müsəlman deyənlər spirtli içki içir, namaz qılmır, Həcc ziyarətinə getmir”- Deputat Qüdrət Həsənquliyev

  • By admin
  • 22 Dekabr 2021 12:41

Deputat Qüdrət Həsənquliyev Azərbaycanda kazinoların açılması ilə bağlı Milli Məclisdə səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə müzakirə olunmasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, millət vəkili fikrinin bəzi şəxslər tərəfindən yanlış şəkildə yozulduğunu bildirib.

O, qeyd edib ki, kazinolarla bağlı təklifi yalnız Qarabağla bağlı deməyib: “Mən orda təkcə Qarabağı demədim. Azərbaycanda da müəyyən yerlərdə təşkil etmək olar.  Böyük Zirə adasını, Nargin adası, turizm məkanları kimi tanınan Quba, Qəbələ və ya Masallıda da təşkil eləmək olar. Rusiyada 4 yerdə, Qazaxıstanda Alma-Atıdan 70 km aralıda kazino var. Azərbaycan vətəndaşları istəmirsə, müsəlmançılıqda qadağandır deyirsə, bunu öz vətəndaşlarımıza qadağan eləmək olar. Amma bəzi özünə müsəlman deyənlərin özü spirtli içki içir, namaz qılmır, Həcc ziyarətinə getmir. Amma bu məsələ gələndə deyirlər müsəlmanıq olmaz. Müsəlman ölkəsi olan Malaziyada, Şimali Kiprdə kazinolar var. Bu sahədən böyük gəlir götürürlər”.

Gununsesi.info