ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev Avropa Şurası-Azərbaycan münasibətləri, bu qurumda ölkəmizə qarşı sanksiya qərarı və digər məsələlər barəsində danışıb.
GUNUNSESİ.İNFO xəbər verir ki, Azay Quliyev bildirirb ki, Avropa Şurası kimi bir qurum özünün ali dəyərlərini kiçiltməməlidir: “Hər hansı sifarişlə bir ölkəni xüsusi seçərək ona qarşı belə addım atılmamalıdır. Hesab edirəm ki, Səməd Seyidov qarşı tətbiq edilən bu sanksiya çox ədalətsizdir. Ortada real fakt olmadığı halda belə bir qərar verilir”.
Bununla belə Azay Quliyev ölkəmnizin Avropa Şurasından çıxmaq ehtimalına da toxunub. O, bildirib ki, ölkəmiz bu addımı atmaq niyyətində deyilı: “Azərbaycan Avropa Şurasının ən fəal üzlərindən biridir. AŞ PA -dan çıxmaq kimi niyyəti yoxdur və olmamalıdır. Ola bilsin ki, buna cəhd edənlər var. Bu cür layihələrin arxasında duran əsas məkrli planlar odur ki, Azərbaycan və Avropa arasında münasibətlər korlansın”.
ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasındakı münasibətlərə gəlincə Azay Quliyev deyib ki, bu qurumla əməkdaşlığımız dinamik xarakter daşıyır: “Bu gün Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ən fəal nümayəndə heyətlərindən biridir. Azərbaycan qurumun işinə çox böyük dəstək, töhfə verir, həmçinin ölkəmizin təşəbbüsü ilə bir neçə ciddi layihələr həyata keçirilib. Bunlardan biri 22 ölkəni birləşdirən İpək Yoluna Dəstək Qrupudur”.