“Bəzi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 19 Sentyabr 2017 12:50

tahir

“2018-ci ildə növbəti dəfə bizdə prezident seçkiləri keçiriləcək. Bu seçkilərə kölgə salmaq üçün bəzi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bunlar Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrdir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, 2018-ci ildə keçiriləcək seçkilərlə bağlı qarayaxma kampaniyası aparan qüvvələrlə mübarizə aparılmalıdır: “Biz deputat olaraq nəinki, qanunvercilik aktlarının hazırlanmasında ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməliyik. Bu təbliğat vasitəsində bələdiyyələrin də rolu ola bilər. Biz ölkədə gedən inkişafı daha da sürətləndirməliyik”.

Mürtəza

Gununsesi.info