Bəzi rayonlara leysan xarakterli yağış yağır - Faktiki hava

Azərbaycanda faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, iyunun 22-si saat 14:00-a olan məlumatına əsasən əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, hazırda İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Yardımlı rayonlarında arabir leysan xarakterli yağış yağır.

 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 23-dək davam edəcək.