“Bəzi verilişlər “12+”, “18+” işarələri ilə yayımlanır ki…” - Ağacan Abiyev

  • By admin
  • 06 Mart 2017 14:05

aqacan

“Bəzi verilişlər “12+”, “18+” işarələri ilə yayımlanır.

Bunun mənasını isə valideynlər bilmir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Ağacan Abiyev deyib.

O, telekanallarda yayımlanan verilişlərlə bağlı narahatlığını ifadə edib:

“Proqramlar üzərində yaş kateqoriyası üzrə işarələnmə aparılmalıdır. Çünki bəzi valideynlər bu işarələnmənin mahiyyətini başa düşmürlər. Ona görə də telekanallar 5 manat artıq xərcləməli, onun izahı xüsusi titrlərlə qeyd edilməlidir”.

Gununsesi.info