BƏƏ 13 ölkəyə viza verməyi dayandırdı – Türkiyə də var

  • By admin
  • 25 Noyabr 2020 18:03

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb.

Gununsesi.org bu barədə “Röyters” məlumat yayıb. Qeyd olunub ki, qərar Türkiyə, İran, İraq, Pakistan, Suriya və başqa ölkələrə şamil edilib.

BƏƏ Federal Kimlik və Vətəndaşlıq Komitəsi Əfqanıstan, Pakistan və digər bəzi ölkələrin vətəndaşlarına qarşı təhlükəsizlik mövzusunda həssas olduqlarını, bu səbəbdən viza verilməsini müvəqqəti olaraq dayandırdıqlarını bildirib.

Gununsesi.org