BƏƏ-də zəlzələdən zərərçəkənlər üçün 3 saatda 4.2 milyon dollarlıq maddi yardım toplandı

  • By admin
  • 18 Fevral 2023 12:34

Türkiyədə yaşanan dəhşətli zəlzələdən sonra dünya ölkələri zərərçəkənlərə və həyatını itirənlərin ailələrinə dəstək olmaq üçün maddi yardım kampaniyaları başladıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Şarcah” telekanalında başladılan yardım aksiyasında 3 saatda 4.2 milyon dollarlıq yardım toplanıb.
Birləşmiş Ərəb Əmirliyi xalqının kütləvi maraq göstərdiyi qısamüddətlik kampaniya bütün televiziya kanalları və platformasında gerçəkləşdirilibş

Şarika əmiri Sultan ibn Məhəmməd əl-Qasimimn arvadı Cəvahir Məhəmmədin çağırışı ilə keçirilən kampaniya bu ölkənin Türkiyə və Suriyada zərərçəkənlərə dəstək olduğu növbəti yardım kampaniyalarının davamı olub.

Xatırladaq ki, BƏƏ Türkiyədəki zəlzələnin yaralarını sarımaq üçün 54 səhra xəstəxanasını zərərçəkənlərin xidmətinə vermişdi.

Tərcümə: Arzu S.

Gununsesi.info