BƏƏ prezidenti Putinlə görüşə idman ayaqqabısı ilə gəldi

  • By admin
  • 11 Oktyabr 2022 20:18

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiya prezidenti Vladimir Putinlə görüşə “Nike” corabları ilə idman ayaqqabısı ilə gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Əl Nahyan 2019-cu ildə də Əbu-Dabidə Putinlə görüşdə idman ayaqqabıları ilə iştirak edib.

Xatırladaq ki, BƏƏ Prezidenti bu gün Rusiyaya səfər edib. O, Sankt-Peterburqda Putinlə ikitərəfli münasibətləri və beynəlxalq vəziyyəti müzakirə edib.

Gununsesi.info