Bələdiyyə sədri prezidentin portretini kəsdi – Maraqlı səbəb

  • By admin
  • 08 Oktyabr 2017 22:10

makron
Fransanın Qrand-Feilli bələdiyyə sədri Jan François Damien qurumun büdcəsinin kəsilməsinə maraqlı formada etiraz edib.

Gununsesi.info xəbər verir ki, 2018-ci ilin büdcəsinin 1/3 hissəsi qədər azaldılacağını öyrənən Damien bələdiyyə binasında yerləşən prezident Emmanuel Makronun portretinin 1/3 hissəsini kəsib.

Bələdiyyə sədri portretin üzərində bundan öncəki dövlət başçısının da büdcə maliyyələşməsini azaltdığını və bu səbəbdən işləyə bilmədikləri barədə açıqlama da yazıb.

Damien bu hərəkətinə görə polis tərəfindən saxlanılacağını istisna etməyib.

 

Gununsesi.info