Bərdə minik maşını traktorla toqquşub, xəsarət alanlar var

  • By admin
  • 08 Noyabr 2017 19:55


Bərdə rayonunda yol qəzası baş verib.
“Report”un  məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayon sakini Yalçın Kərimovun idarə etdiyi “VAZ-2107 markalı avtomobil Oktay Məmişova məxsus “Belarus” markalı traktorun qoşqusuna dəyib. Nəticədə minik maşınının sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info