Bərdə sakini əkin subsidiyasını ala bilmir - Arif Muradov nazir İnam Kərimovdan yardım istəyir

  • By admin
  • 14 Sentyabr 2021 11:05

Bərdə rayon Piayadalar kənd sakini Muradov Arif Murad oğlu Kənd təsərrüfatı Nazirliyindən əkin subsidiyası ala bilmədiyindən şikayət edir.

O, “Gununsesi.info” saytına bildirib ki, bu il əkdiyi baş soğan sahəsinə görə vəsait ödənilməyəcək. Bu barədə Nazirliyin yanında Aqrar Kredit və İnkişaf Agentliyindən onun müraciətinə cavab olaraq bildirib ki, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5-ci hissəsinə uyğun olaraq fermerlərin bəyan etikləri əkin sahələrinin monitorinqi həyata keçirilir.

“Sizə məxsus bəyan İD 119433 olan baş soğan əkin sahəsi müəyyən olunmayıb. Buna görə 2020-2021-ci illərdə əkin subsidiyası ödənilməyəck”-deyə Agentliyin fermerin müraciətinə cavabında bildirilir.
A.Muradov isə bu cavabı absurd adlandırır və media vasitəsi ilə Nazirliyin rəhbərliyinə müraciət edərək, ona çatacaq subsidiyanın ödənilməsini xahiş edir.

Gununsesi.info