Bərdədə 17 yaşlı oğlan bıçaqlandı

  • By admin
  • 12 Oktyabr 2017 20:20

bicaq
Bərdə rayonunda 17 yaşlı gənc bıçaqlanıb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Şükür Sərdar oğlu Rzayev həmkəndlisi tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən 4 bıçaq zərbəsi alan gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info