Bərdədə daha iki gənc intihar etdi

  • By admin
  • 23 Avqust 2019 09:36
Dünən axşam saatlarında Bərdənin Qasımbəyli kəndində iki gənc intihar edib.
Gununsesi.org xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü İlyasov Tural Xəqani oğlu özünü bıçaqlayıb. Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Eyni vaxtda həmin kənddə yaşayan 2000-ci il təvəllüdlü Əliyeva Bahar Əhliman qız isə özünü asıb. İntihar edən şəxslərin Qasımbəyli kəndində qapıbir qonşu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org