Bərdədə kafedə iki nəfər güllələndi

  • By admin
  • 31 Oktyabr 2022 14:22

Bərdədə kafedə kənd sakini iki nəfəri güllələyib.

Gununsesi.info Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Bala Qacar kəndində qeydə alınıb.

Kənd sakini 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı ov tüfəngi ilə həmkəndliləri Sərxan Əsədovu və kafenin sahibi Eldar Mamedova ov tüfəngindən atəşə açıb.

Nəticədə ağır yaralanan kənd sakinləri Bərdə rayon mərkəzi xəstəxanasında çatdırılıb.

Hazırda vəziyyətləri ağırdır. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info