Bərdədə maşın iki piyadanı vurdu, biri öldü

  • By admin
  • 23 Noyabr 2021 21:01

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki nəfər yolu keçmək istəyərkən onları “VAZ-2107” markalı minik avtomobili vurub.

1989-cu il təvəllüdlü Məmmədova Gülnar hadisə yerində ölüb, Gülməmmədova Nahidə isə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info