Bərdədə mikroavtobusda meyiti tapılan şəxsin kimliyi məlum olub – YENİLƏNİB

  • By admin
  • 07 Noyabr 2017 19:24


Bərdədə sərnişin mikroavtobusunda meyiti tapılan şəxsin kimliyi məlum olub.

Bərdə Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Əfəndiyev Habil Sabir oğlu olduğu müəyyənləşib.

H. Əfəndiyevin ölümünə səbəb ürək xəstəliyi olub.

*** 18,36

Bərdə rayonunda sərnişin mikroavtobusunda naməlum kişi meyiti tapılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 3 saylı sərnişin mikroavtobusunda meyiti tapılan şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info