Bərdədə qocalar evi yandı - FOTOLAR

  • By admin
  • 27 Dekabr 2022 12:26

Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən qocalar evində güclü yanğın qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, hadisənin səhər saatlarında elektrik naqillərində baş verən qısa qapanmadan baş verdiyi ehtimal edilir.

Məlumata görə, qocalar evi bir müddətdir ki, fəaliyyətini dayandırıb. Binada uzun müddətdir ki, 3 məcburi köçkün ailəsi məskunlaşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə Bərdə və Tərtər rayonlarından yanğınsöndürənlər cəlb edilib və yanğın tam söndürülüb.

Təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün rayon polis şöbəsinin əməkdaşları da əraziyə cəlb edilib.

Hadisənin baş vermə səbəbi Fövqəladə Hallar Nazirliyi və hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Gununsesi.info