Bərdədə velosiped vuran qadın dünyasını dəyişdi

  • By admin
  • 12 Avqust 2016 12:12

velo

Bərdə rayonunda velosiped yoldan keçən qadını vurub.

Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 4-də  saat 08 radələrində Bərdə şəhərində şəhər sakini Nicat Məmmədov idarə etdiyi velosipedlə yolu keçən həmyerlisi Əzizə Mehralıyevanı vurub. Ə.Mehralıyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb və avqustun 11-də evində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info