Dövlət başçısı İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Gununsesi.org xəbər verir ki, sərəncam bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədi daşıyır.
Sərəncamla ümumi uzunluğu 45,0 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezident ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Sərəncamda vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatıb, Ağdam rayonunun erməni təcavüzünə məruz qalmış bütün əraziləri də işğaldan azad edilib.
Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılmış, ətraf mühitə, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulub.Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində son illərdə müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülüb, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər
sosialyönümlü obyektlər tikilib, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, xalçaçılıq müəssisəsi yaradılıb. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, digər mühüm layihələr həyata keçirilib.
Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək – ƏHALİYƏ ŞAD XƏBƏR
- By admin
- 24 Noyabr 2020 17:17
DİGƏR XƏBƏRLƏR
-
25 Aprel 2024 09:46
Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunub
-
25 Aprel 2024 09:20
Azərbaycan neftinin qiymətində artım
-
24 Aprel 2024 21:32
Vətən müharibəsi iştirakçısı intihar edib
-
24 Aprel 2024 20:30
“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır
-
24 Aprel 2024 19:11
Ərdoğan erməni kilsəsinin başçısına müraciət edib
-
24 Aprel 2024 18:57
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunlarda nə yazıldığından xəbəri yoxdur
-
24 Aprel 2024 18:36
Həbsdən çıxan Qubad İbadoğludan yeni xəbər
-
24 Aprel 2024 16:50
Əfv Komissiyasının iclası keçirilib
-
24 Aprel 2024 16:44
Alimpaşa Məmmədov borcunun 185 minini də ödədi
-
24 Aprel 2024 14:58
Rusiyanın neft emalı zavodlarına hücum edildi
-
24 Aprel 2024 14:44
Nazim Bəydəmirlinin istintaqı başa çatıb
-
24 Aprel 2024 14:18
Nəsib Quliyev faciəvi şəkildə vəfat etdi