Bərdəni atəşə tutan “Smerç” məhv edildi - VİDEO

  • By admin
  • 30 Oktyabr 2020 14:45

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

Gununsesi.info bildirir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Qeyd olunan reaktiv sistemin məhv edildiyi anın videogörüntüsünü təqdim edirik.

Gununsesi.info