Bərdənin İcra başçısının ÇOXMİLYONLUQ nəhəng biznes səltənəti: İmarətlər, lüks villalar, bahalı maşınlar, mağazalar, hektarlarla torpaq sahələri, vətəgələr və…

  • By admin
  • 12 May 2020 18:35
Avropada yaşayan jurnalist Həbib Müntəzir Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayevin biznesinin siyahısını paylaşıb.
Gununsesi.org icra başçısının ölkənin çoxsaylı rayon və şəhərlərində olan bahalı lüks villalarının, mənzillər, son model marka avtomobillər, mağazalar, balıq vətəgələri, şirkət, imarətlər, MMC, dükan və digər nəhəng biznes səltənətinin siyahısını sizə təqdim edir:
▪️Bakı, A. Bakıxanov, ev 39 ünvanında xidməti mənzil
▪️H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 xidməti mənzil
▪️Şərq küç, ev 11B ünvanında xidməti mənzil
▪️Oğluna 100.000 manatlıq çayxana,
▪️Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükan
▪️“Ana və Uşaq” kafesi
▪️“Təchizat BCS” MMC şirkəti
▪️Bərdədə ikimərtəbəli mağaza
▪️Mixaylovka kəndində bir imarət
▪️Ağcakənddə ikinci böyük villa
▪️Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə
▪️90-GP-555 dövlət nişanlı Toyota Prado
▪️Mercedes G63 AMG
▪️Bərdədə Heydər Əliyev parkında kafe
▪️Yevlaxda əzəmətli villa
▪️Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri
▪️Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər
▪️Rusiyada, Türkiyədə biznes və obyektlər
Jurnalist yazır ki, yuxarıdakı siyahıdakı əmlaklar yalnızca ona bəlli olanlar, bilinənlərdir.
“Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Vidadi İsayevin vəzifə qohumluqları isə aşağıdakı kimidir:
Yoldaşı Sara Kəmaləddin qızı Bünyatova Yevlaxda Arxiv İdarəsinin müdirəsidir.
Oğlu Tural İsayev Yasamal rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçi vəzifəsində işləyir.
Qardaşı Füzuli İsayev Xaçmazın reyestr xidməti rəisidir.
Qudası Fazil Həsənəliyev Baş Prokurorluğda istintaqa nəzarət idarəsinin rəisidir.
Bacanağı Bərdə rayon İcra Hakimiyyətinin təmir-tikinti işlərinə rəhbərlik edən Mahmud İsmayılov Vidadi İsayev Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğlu, qaynı gömrük polkovniki Nazim İsayevin qaynatasıdır.
Jurnalist əlavə edir ki, İcra başçısının oğlu Tural bəy bu yaxında prokurorluğun idarə rəisi Fazil Həsənəliyevin qızı Günayla nişanlanıb. Nişan üzüyü 16 min dollara, komplekt isə 24 min dollara alınıb. 20 min dollara yaxın bahalı hədiyyələr, 200 minlik mebel alınıb.

Gununsesi.org