Bəxtiyar Hacıyev 6 saat polisdə saxlanılıb

  • By admin
  • 22 Avqust 2022 22:21

Bu gün siyasi fəal  Bəxtiyar Hacıyev bir qrup mülki geyimli polis tərəfindən saxlanılıb.

Gununsesi.info-nun xəbərinə görə, dostlarının xəbər tuta bilmədiyi siyasi fəal  6 saat sonra sərbəst buraxılıb.

Hacıyev bildirib ki, onu günorta evdən ofisə gedərkən mülki geyimli şəxslər saxlayıb:

“Mən onların kim olduğunu bilmədim, ona görə də müqavimət göstərdim. Məni zorla maşına mindirib “bandotdel”ə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) apardılar. Orada bir az başıma və əllərimə vurmağa başladılar. Nalayiq sözlərlə təhqir etdilər”.

Gununsesi.info