Bəxtiyar Hacıyev bu gündən etibarən quru aclığa keçib

  • By admin
  • 16 Fevral 2023 20:05

Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq aksiyası keçirən siyasi fəal Bəxtiyar Hacıyev bu gündən etibarən quru aclığa keçib.

Bu barədə onun vəkili Elçin Sadıqov Gununsesi.info-ya bildirib.

Vəkilin sözlərinə görə, Hacıyev bu gün saat 13:00-dan quru aclığa başladığını elan edib.

Qeyd edək ki, qanunsuz həbsinə etiraz edən Hacıyev 40 gündür ki, aclıq edir.
ABŞ başda olmaqla, dünyanın bir sıra ölkələri və təşkilatları ona azadlıq tələb edib.

Afət
Gununsesi.info