Bəxtiyar Hacıyev hava limanında saxlanılıb

  • By admin
  • 19 May 2022 12:23

Estoniyaya səfərə gedən siyasi fəal Bəxtiyar Hacıyev bu gün səhər saatlarında Bakı Beynəlxalq Hava Limanında saxlanılıb.

Gununsesi.info-nun xəbərinə görə,  Hacıyevə saxlanma səbəbi deyilməsə də onun sadəcə polis tərəfindən axtarışda olduğu bildirilib.

Bu barədə xəbəri sosial şəbəkə hesabında ictimailəşdirən Hacıyevə qoyulan “stop”un götürüldüyü deyilib və sonradan ölkəni tərk edə bilib.

Gununsesi.info