Bəxtiyar Hacıyev ictimai çağırışlara qismən əməl edib

  • By admin
  • 21 Fevral 2023 18:44

Həbsdə olan fəal Bəxtiyar Hacıyev bu gündən etibarən su qəbulunu bərpa edib. Bununla o, 5 gündür davam etdirdiyi quru aclığı dayandırıb.

Bu barədə Gununsesi.info-ya Penitensiar Xidmətin Müalicə Müəssisəsində fəala baş çəkən vəkil Rövşanə Rəhimli bildirib.

Onun sözlərinə görə, Bəxtiyar Hacıyev vəkillərin və ictimaiyyət nümayəndələrinin israrı ilə su qəbulunu bərpa etməyə razılaşıb.

“Onun təzyiqi və qanda şəkər səviyyəsi aşağıdır. Güclü başgicəllənmələri səbəbindən çətinliklə hərəkət edir”, deyə o bildirib.

Bəxtiyar Hacıyev 44 gün əvvəl başladığı aclığı davam etdirir, sonuncu həftədə o, azad edilməsi tələbi ilə quru aclığa keçmişdi.

Mətləb

GUNUNSESİ.İNFO