Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb

  • By admin
  • 09 Yanvar 2023 21:58

Bakı Apellyasiya Məhkəməsi həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasına dair şikayətini rədd edib.

Gununsesi.info-nun xəbərinə görə, Bəxtiyar Hacıyev yenidən aclığa başladığını açıqlayıb: “Mən bundan öncə aclığı dayandırarkən,  imkan yaratdım ki, mənə qarşı qərəz aradan qalxsın. Lakin qərəz davam edir. Ona görə də bu məhkəmə şikayətimizi təmin etməsə, yenidən bugündən aclığa başlayacağam”.

Onun vəkilləri də bildirib ki, Bəxtiyar Hacıyevin həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Müdafiəçilər bildirib ki, hətta ona qarşı ittihamlar əsaslı olsaydı belə, ittiham olunduğu əməllər ağır cinayətlər kateqoriyasına aid deyil. Vəkillər həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş ediblər.

Apellyasiya məhkəməsində Hacıyev vurğulayıb ki, ona qarşı irəli sürülən xuliqanlıq, məhkəməyə hörmətsizlik kimi ittihamlar gülüncdür: “Məhkəməyə də, dövlətə də hörmətsizlik mənimlə bağlı qəbul edilən absurd qərarlardır”.

 

Mais

Gununsesi.info