Bəxtiyar Hacıyev yenidən məhkəməyə çıxarılacaq

Dekabrın 9-da həbs edilən ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət verilib.

Gununsesi.info xəbər verir ki, o, vəsatətə sabah Xətai Rayon Məhkəməsində baxılacaq. B.Hacıyevin vəkilləri bildirib ki, proses sabah saat 16:30-da hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, ictimai fəalın ev dustaqlığına buraxılması ilə bağlıdaha əvvəl bir neçə dəfə vəsatət verilsə də, təmin olunmayıb.

B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq həbs edilib. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunub. Vəkilləri Bəxtiyar Hacıyevin 2 həftədir aclıq etdiyini bildirir.

Gununsesi.info